RU

FərdiAzərbaycan güləşçisi: Atası və anası vəfat edəndən sonra Tsurtsumiyanın həyatı tərsinə döndü

Atası və anası ard-arda vəfat etdi. Anası xərçəng xəstəliyindən əziyyət çəkirdi, atası isə infarkt keçirdi. Bundan sonra Tsurtsumiyanın həyatı tərsinə döndü.

Bunu “Far.Az”a açıqlamasında Azərbaycanın yunan-Roma güləşçisi Eldəniz Əzizli gürcüstanlı həmkarı Nuqzari Tsurtsumiyanın 27 yaşında intihar etməsi barədə danışarkən deyib.

O, gürcü güləşçi ilə dəfələrlə rəqib olmasına baxmayaraq, yaxşı münasibət saxladıqlarını vurğulayıb:

“Rəqib olmağımıza baxmayaraq, həmişə münasibətimiz yaxşı olub. Rəqibliyimiz həmişə xalça üzərində qalıb. Xalçadan kənarda mehriban olmuşuq. Xaricdə, Gürcüstanda keçirilən təlim-məşq toplanışında görüşürdük. Sonuncu dəfə 20 gün əvvəl görüşmüşdük. Son zamanlarda problemləri var idi. Atası və anası ard-arda vəfat etdi. Anası xərçəng xəstəliyindən əziyyət çəkirdi, atası isə infarkt keçirdi. Bundan sonra həyatı tərsinə döndü”.

Milli üzvü gürcü həmkarının sağlamlığında problemin olmadığını bildirib:

“Sağlamlığında hər hansı problem yox idi. Yəni narkotik aludəçiliyi, başqa problemləri yox idi. Həyatdı, ağlına nə gəlibsə, gedib özünü asıb”.

Избранный
105
2
far.az

3Источники