RU

"Morata mənə söz verib ki..." - Kapitan millinin bərbərinə nə vəd edib?

İspaniya millisinin kapitanı Alvaro Morata sözügedən yığmanın bərbərinə - Alexandro Olivaya söz verib.

Fanat.Az-ın məlumatına görə, AS bərbərin sözlərini belə çatdırıb:

"İyulun 13-də, finala bir gün qalmış evlənəcəm. Millimiz finala çıxsa, ertəsi həyat yoldaşımla birlikdə oyuna baxmaq üçün Almaniyaya gələcəm. Moratanı da toya dəvət etmişəm. O, mənə toy hədiyyəsi olaraq finala yüksələcəklərinə söz verib".

Qeyd edək ki, İspaniya millisi Avropa çempionatının 1/4 finalında Almaniya seçməsi ilə üz-üzə gələcək. İyulun 5-də Ştutqartda keçiriləcək matçın start fiti Bakı vaxtı ilə 20:00-da səsləndiriləcək.

Nihat

 

Избранный
71
fanat.az

1Источники