RU

Benzin qiymətinin dəyişdiyi bir neçə gündə maşın bazarındakı olaylar...

Image

Məlumdur ki, bir neçə gün əvvəl ölkədə yanacağın qiyməti dəyişilib. Azərbaycanda Aİ-92 markalı benzinin və dizel yanacağının tənzimlənməsi avtomobil bazarında qiymət dəyişikliyinə səbəb ola bilər. Ekspertlər hesab edir ki, dəyişiklik daha çox istehsal ili köhnə olan avtomobillərin qiymətində hiss ediləcək.

Maraqlıdır, yanacağın qiymətinə edilən dəyişiklik avtomobil bazarına necə təsir edəcək? 

Aslan Əsədov: “Yanacağın qiymətinin dəyişməsi avtomobil bazarına təsir edəcək” 

Nəqliyyat eksperti Aslan Əsədov “Bakı-Xəbər”ə açıqlamasında qeyd etdi ki, yanacağın qiymətinin dəyişməsi avtomobil bazarına təsir edəcək: “Məlumdur ki, avtomobillərin satış qiymətinə bir neçə amil təsir edir. Bunlardan biri də yanacağın növləri və ona olan münasibətdir. Benzinlə işləyənlə avtomobillər çoxluq təşkil edirsə onlar dizelə keçid edəcək. Ancaq onu da nəzərə almaq lazımdır ki, dizelin də qiyməti dəyişib. Bu səbəbdən də hesab edirəm ki, benzin və dizellə işləyən avtobillərə maraq azalacaq. Təbii ki, yük, aqrar təsərrüfatda istifadə olunan və texniki nəqliyyat vasitələri dizellə işləyir. Son dəyişiklik dizellə işləyən avtomobillərin qiymətinə ciddi təsir etməyəcək. Çünki belə avtomobillər yanacağı az sərf edir və ona görə də bu maşınlara tələbat çoxdur. Kiçik həcmli maşınlar isə qənaətli avtomobillərlə əvəz olunacaq. Yəni sürücülər elektromobillərə üstünlük verəcək”.

Həmsöhbətimiz hesab edir ki, yaxın müddət ərzində maşın bazarında ciddi canlanma müşahidə olunmayacaq: “Hazırki vəziyyət onu göstərir ki, ikinci və üçüncü əl avtomobillərin satışı ciddi təhlükə yaratmır”.

Eldəniz Cəfərov: “... qiymətin yüksəlməsinə gətirməyəcək, əksinə...” 

Nəqliyyat məsələləri üzrə ekspert Eldəniz Cəfərovun fikrincə, yanacağın qiymətinin dəyişməsi avtomobil bazarında yaxın aylarda hiss olunmayacaq: "Benzinin qiymətləri ilə bağlı hər hansı hərəkətlər avtomobil bazarına təsir edir. Bu təsirlər ya mənfi olur, ya da müsbət. Aİ-92 markalı benzinin və dizel yanacağının qiymətinin yüksəlməsi avtomobil bazarında maşınların qiymətinin yüksəlməsinə gətirməyəcək, əksinə, qiymətlərin bir qədər, təxminən 5 faiz civarında enməsinə gətirib çıxaracaq. 

Günel CƏLİLOVA





Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
3
baki-xeber.com

1Источники