RU

DSMF sədri Belarusun ƏSMF rəhbəri ilə əməkdaşlıq perspektivini müzakirə edib

Bakı, 4 iyul, AZƏRTAC

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun (DSMF) İdarə Heyətinin sədri Himalay Məmişov ölkəmizdə səfərdə olan Belarusun Əmək və Sosial Müdafiə Nazirliyinin Əhalinin Sosial Müdafiəsi Fondunun (ƏSMF) rəhbəri Yuliya Berdnikova ilə görüşüb.

DSMF-nin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, H. Məmişov Azərbaycanla Belarus arasındakı əlaqələrin daim inkişafda olduğunu və həmin əməkdaşlığın sosial sahəni də əhatə etdiyini bildirib.

Görüşdə ölkəmizdə sosial sahədə genişmiqyaslı islahatların aparıldığı, əldə olunan innovativ yeniliklər və uğurlu nəticələr diqqətə çatdırılıb.

Y. Berdnikova DSMF ilə təcrübə mübadiləsinə xüsusi əhəmiyyət verdiklərini bildirib.

Görüş zamanı ölkəmizdə fərdi uçot və sosial sığorta, pensiya təminatı və sosial ödənişlərin təyinatı, bu sahədə həyata keçirilən islahatlarla bağlı təqdimatlar olub.

Eyni zamanda, Beynəlxalq Pensiya və Sosial Fondlar Assosiasiyasının sədri H.Məmişov və görüşdə iştirak edən Assosiasiyanın direktoru İqor Popov əməkdaşlıq perspektivlərinə dair məsələləri müzakirə ediblər.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
3
2
azertag.az

3Источники