RU

Azərbaycan millisinin üzvü Polşa klubundan ayrıldı

Azərbaycan millisinin futbolçusu Rahil Məmmədov LKS-dən (Polşa) ayrılıb.

Fanat.Az xəbər verir ki, bu barədə Lodz klubu rəsmi saytı vasitəsilə məlumat yayıb.

28 yaşlı müdafiəçi ilə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib. Klub ona çıxışına görə təşəkkür edib və gələcək karyerasında uğurlar arzulayıb.

Məmmədov LKS-ə 2024-cü ilin əvvəlində “Qarabağ”dan keçmişdi. Mərkəz müdafiəçisi bu müddətdə Polşa Ekstraklasasında 16 oyun keçirib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
42
fanat.az

1Источники