RU

“Zelenski Taker Karlsona müsahibə verməyəcək”– Ukrayna tərəfi təkzib etdi

Ukrayna prezidenti Vladimir Zelenski amerikalı jurnalist Taker Karlsona müsahibə verməyəcək.

Azpost.info xəbər verir ki, bunu Ukrayna prezidentinin mətbuat katibi Sergey Nikiforov bildirib.

Onun sözlərinə görə, Zelenskinin tamamilə fərqli qrafiki var və bu qrafikə əsasən “Fox News”un keçmiş aparıcısı ilə söhbət planlaşdırılmır.

“Ukrayna prezidentinin tam fərqli qrafiki var və orada Taker Karlson yoxdur”, – Nikiforov deyib.

Daha əvvəl Taker Karlson Zelenski ilə gözlənilən müsahibəni açıqlamışdı. O, dəqiq buraxılış tarixini açıqlamasa da, qeyd etmişdi ki, amerikalılar ABŞ-ın dünya səhnəsindəki rolunu dəyişən münaqişə haqqında hər şeyi bilməlidirlər.

Azpost.info

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
17
azpost.info

1Источники