AFFA-nın Oyun Əməliyyatları şöbəsinin rəisi Emin Cəfərov beynəlxalq təyinat alıb.
Prosport.Az xəbər verir ki, o, qadın futbolçular arasında Avropa çempionatının seçmə mərhələsində Xorvatiya – Uels oyununun UEFA nümayəndəsi olacaq.
B Liqasının IV qrupu çərçivəsində Karlovats şəhərində yerləşən “Branko Çavloviç-Çavlek” stadionunda keçiriləcək qarşılaşma iyulun 12-də baş tutacaq.
Xorvatiya – Uels matçını ispaniyalı baş hakim Marta Huerta De Aza idarə edəcək.
- Ночной Режим
- Домашняя страница
- Статистика
- Источники
- Рейтинг
- Погода
- Валюта