RU

Paşinyan ABŞ ilə münasibətlərin səviyyəsini strateji tərəfdaşlığa çatdırmağa hazır olduğunu bildirib

Bakı. Trend:

Ermənistan bir çox sahələrdə ABŞ ilə münasibətlərin səviyyəsinistrateji tərəfdaşlığa çatdırmağa hazırdır.

Trend xəbərverir ki, bu barədə Ermənistanın baş naziri Nikol Paşinyan ABŞprezidenti Cozef Baydenə göndərdiyi təbrik məktubunda deyib.

"Məmnuniyyətlə qeyd etmək istəyirəm ki, demokratik islahatlar,iqtisadi və enerji dayanıqlılığının möhkəmləndirilməsi, ədalətmühakiməsi, korrupsiyaya qarşı mübarizə, təhlükəsizlik və digərsahələrdə əməkdaşlığımızın daha da genişləndirilməsinə sadiqlikErmənistan və ABŞ arasında strateji dialoqun gücləndirilməsikonsepsiyasında öz əksini tapıb", - o deyib.

Paşinyanın sözlərinə görə, Ermənistan ABŞ-nin Cənubi Qafqazdasülhün bərqərar olması prosesindəki roluna önəm verir.

"Fürsətdən istifadə edərək, Ermənistanın sülh gündəliyinəsadiqliyini təsdiqləmək və bu mühüm dövrdə davamlı və möhkəmlənəntərəfdaşlığımızın ölkələrimiz və region üçün dinc və daha firavangələcəyin formalaşmasına kömək edəcəyinə əmin olduğumu bildirməkistəyirəm", - Paşinyan qeyd edib.

Xəbərlərimizi "WhatsApp" kanalımızdanoxuyun

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
5
2
az.trend.az

3Источники