RU

Erməni deputat: Paşinyan ermənilərin Qarabağa qayıdışını istəmir

“Ermənistan hökuməti özü ermənilərin Qarabağa qayıtması məsələsini gündəmə gətirməkdən imtina etdi”. Tribunainfo.az xəbər verir ki, bunu Ermənistan parlamentinin deputat Tiqran Abramyan deyib.
O bildirib ki, Ermənistan hökumətinin biabırçı davranışları və güzəştləri şəraitində Azərbaycana qarşı istifadə olunan əsas təsirli alətlər rəfə qaldırılıb. “Bu gün Paşinyanın əsas işi Azərbaycan və Türkiyənin bu və ya digər təşəbbüsünün arxasınca qaçmaqdır. Elə bu səbəbdəndir ki, Ermənistan hökuməti özü ermənilərin Qarabağöa qayıtmaq məsələsindən imtina edərək, onu Azərbaycana “satmağa” cəhd edib və bununla da Bakıya tükənməz sədaqətini nümayiş etdirib”.

Избранный
96
1
tribunainfo.az

2Источники