Hindistan və Çin xarici işlər nazirlərinin görüşündə sərhəd problemlərinin həlli üzrə səyləri artırılması ilə bağlı razılığa gəlib.
APA-nın BELTA-ya istinadən xəbərinə görə, bu açıqlama danışıqlardan dərhal sonra verilib.
Qeyd olunub ki, hindistanlı nazir Subramanyam Cayşankar və Van İ bu məsələ ətrafında geniş müzakirə aparıb, istər diplomatik, istərsə də hərbi kanallar vasitəsilə effektiv həll yolunun tapılmasına razılaşıblar.
Hindistanlı nazir sərhədyanı bölgələrdə sabitlik və sülhün təminatının vacibliyini önə çəkib. O bildirib ki, bunun üçün hər iki dövlətin sərhəd toxunulmazlığının, o cümlədən dövlət maraqlarının qorunması böyük əhəmiyyət daşıyır.