RU

İsveç millisinin bakılısı: "Musa yaxşı hücumçudur, yenidən Avropaya yollana bilər"

İsveç və İraq yığmalarında oynamış, Bakıda dünyaya gəlmiş Jiloan Hamad Sportal.az saytına açıqlamasında millimizin hücumçusu Musa Qurbanlı haqda danışıb.

Son olaraq Taylandda "Uthai Thani" klubunda oynayan, hazırda isə klubsuz olan 34 yaşlı futbolçu "Yurqorden"dən ayrılaraq "Qarabağ"a keçən Musa barədə fikirlərini bildirib. Onun sözlərinə görə, Musa yenidən Avropada legioner həyatı yaşaya bilər:

"İsveçdə liqa elə də asan deyil. Oradakı klubların müdafiəçiləri və müdafiə xətti də yaxşı səviyyədədir. "Allsvenskan"da hücumçular üçün qol vurmaq da asan deyil. Musaya gəldikdə, o, gəncdir, yaxşı hücumçudur. Fikrimcə, yaxın gələcəkdə Musa yenidən Avropaya yollanaraq, legioner həyatı yaşaya bilər".

1990-cı ildə Bakıda dünyaya gələn Hamad sonradan ailəsi ilə birlikdə İsveçə köçüb. O, öncə bu ölkənin yığma komandasında oynasa da, sonradan İraqa millisində çıxış etmək qərarına gəlib. O, karyerası ərzində “Forvard”, “Malmö”, “Hoffenhaym”, “Standard”(Liej), “Hammarbü”, “İnçeon Yunayted”, “Qoritsa”, “Örebro”, “Əl-Xolud” komandalarının formasını geyinib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
16
sportal.az

1Источники