Hindistanın şimal-şərqində leysan yağışların səbəb olduğu daşqınlarda həyatını itirənlərin sayı artır.
Bakivaxti.az CNN-ə istinadən xəbər verir ki, daşqın qurbanlarının sayı 48-ə çatıb.
Qeyd edək ki, Assam və Manipur əyalətlərində baş verən daşqınlar nəticəsində yaşayış evlərinə ciddi zərər dəyib. Minlərlə insanın bölgədən təxliyə edilib.
Əli Hüseynov