RU

“Sumqayıt”ın rəqibi Serbiya, Sloveniya və Türkiyə klubu ilə qarşılaşacaq

Konfrans Liqasının II mərhələsində "Sumqayıt"ın rəqibi olacaq "Fehervar" təlim-məşq toplanışının 3-cü mərhələsi üçün Sloveniyaya yollanıb. Sport24.az xəbər verir ki, Macarıstan təmsilçisi "kimyaçılar"la oyuna qədər 3 yoxlama matçı keçirməyi planlaşdırır.
 
Tamaş Petenin çalışdırdığı komanda iyulun 11-də Serbiya təmsilçisi "Çukariçka", 13-də Sloveniyanın "NK Dekani" və 4 gün sonra, daha dəqiq desək, iyulun 17-də Türkiyə"nin "Göztəpə" klubu ilə qarşılaşacaq.
 
Qeyd edək ki, "Fehervar"ın Sloveniya toplanışı iyulun 8-18 iyul aralığında baş tutacaq.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
13
sport24.az

1Источники