RU

Azərbaycan-Şanxay münasibətlərininnövbəti mərhələyə adlaması...- ÖZƏL

"Azərbaycan Respubkilası ilə Şanxay Əməkdaşlıq Təşkilatı arasında sıx işbirliyi mövcuddur. Artıq neçə ildir ki, tərəflər arasında münasibətlərin qarşılıqlı olaraq inkişafının şahidi oluruq. İndi də bu münasibətlərin növbəti mərhələyə adladığını görürük".

Bu fikirləri Olaylar.az-a açıqlamasında siyasi şərhçi Mübariz Göyüşlü deyib:

"Təxminən 2015-ci ildən- Azərbaycan tərəfdaş statusu alandan münasibətlər inkişaf edir və hər il fərqli məqamlar yaranır. Bir neçə ildir ki, Azərbaycan Prezidenti İlham Əliyev ŞƏT-in toplantılarına fəxri qonaq kimi dəvət olunur. Bu da, dövlətimizin artan nüfuzunun və təşkilatın dövlətimizə, onun başçısına olan münasibətinin  göstəricisidir. Azərbaycan ŞƏT-ə üzv ölkələrlə həm ikitərəfli, həm də təşkilatın özü ilə geniş əməkdaşlıq edir. Burda siyasi, iqtisadi, enerji sahəsində əməkdaşlıqları xüsusi qeyd edə bilərik. Biz, ŞƏT-lə əməkdaşlıq çərçivəsində Şimal-Cənub və Şərq-Qərb nəqliyyat dəhlizləri üzrə də fəaliyyətlər gerçəkləşdiririk. Gələcəkdə bu əməkdaşlıq tempinin hər iki tərəfin istəyinə uyğun artması gözləniləndir. Terrorizmə qarşı mübarizə, regional təhlükəsizlik və s. sahələrdə də əməkdaşlıqların gerçəkləşdirilməsi və hazırkı platformaların daha da genişləndirilməsi gözləniləndir. Azərbaycan Prezidentinin iştirakı və etdiyi çıxışlar hər iki tərəfin çalışmalarının səviyyəsini və mövcud durumu göstərir. COP29-a hazırlaşdığımız dönəmlə ŞƏT-lə əməkdaşlığımız çox əhəmiyyətlidir. ŞƏT-ə üzv ölkələrin Zirvə toplantısı Azərbaycanla Şanxay arasındakı münasibətləri yeni səviyyəyə daşıya biləcək toplantıdır".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
2
olaylar.az

1Источники