RU

Ərdoğan Almaniyaya gedir: Tarixi matça görə

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan iyulun 6-da Almaniyaya səfər edəcək.

Publika.az xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb. Buna səbəb Avropa çempionatının 1/4 final mərhələsi çərçivəsində baş tutacaq Türkiyə - Niderland matçıdır. Ərdoğan oyunu izləmək üçün Berlin Olimpiya Stadionuna təşrif buyuracaq.

Qeyd edək ki, 71 min nəfər tamaşaçının stadiondan izləyəcəyi qarşılaşma saat 23:00-da başlayacaq. Berlində türkiyəli fanatların üstünlük təşkil edəcəyi gözlənilir.

Избранный
81
1
publika.az

2Источники