RU

İstehlak kreditləri üzrə Məhsul Sahibi - VAKANSİYA

Unibank – Azərbaycanın 1992-ci ilin iyul ayında, ilkin olaraq MBank adı altında, təsis edilmiş ən iri özəl banklarından biridir. MBank ilə Azərbaycanın aparıcı banklarından biri olan PROMTEXBANK-ın birləşməsindən sonra, onun adı 2002-ci ilin oktyabr ayının 15-də Unibank-a dəyişdirilmişdir. 

Müştəri yönümlü bank olaraq biz, müxtəlif regionlarda müştərilərin tələbatını nəzərə alırıq və qlobal xarakter daşıyan, eyni zamanda lokal bazarlar üçün adaptasiya olunmuş məhsullar və xidmətlər təqdim edirik. Bu zaman biz yüksək etik standartlara və sosial məsuliyyət prinsipinə ciddi riayət edirik.  Təsadüfi deyil ki, bugün Unibank maliyyə bazarında layiqli nüfuz əldə etmişidir.

Fins.az xəbər verir ki, "Unibank" "İstehlak kreditləri üzrə Məhsul Sahibi" vakansiyası elan edir.

Təsvir:

  • Verilənlər üzrə məhsullarının biznes məqsədlərinə cavab verməsini, tənzimləyici standartlara uyğun olmasını və əməliyyat səmərəliliyinin artırılmasını təmin etmək;

  • Verilənlər üzrə məhsulların inkişafına, idarə olunmasına və optimallaşdırılmasına nəzarət etmək;

  • Çarpaz funksional komandalarda Verilənlər üzrə mühəndislərlə, analitiklərlə sıx əməkdaşlıq etmək;

  • Effektivliyi ölçmək və potensial inkişaf istiqamətlərini müəyyən etmək üçün əsas fəaliyyət göstəricilərinin təhlil edilməsi;

  • Yeni tendensiyaları, imkanları və potensial riskləri müəyyən etmək üçün bazar araşdırması aparmaq;

  • Qərar qəbuletmə proseslərinə dəstək vermək üçün analitik məlumat və tövsiyələr təqdim etmək.

Tələblər:

  • İqtisadiyyat, biznes, maliyyə, riyaziyyat və ya əlaqəli sahələrdə ali təhsil;

  • Məhsul yaradılması, verilənlərin idarə edilməsi və ya pərakəndə bankçılıq sahəsində azı 2 il iş təcrübəsi;

  • Kredit məhsulları ilə yaxından tanış olmalı;

  • Kross-funksional komandalarla səmərəli əməkdaşlıq etmək bacarığı ilə əla ünsiyyət bacarıqları;

  • Analitik düşünmə və təhlil qabiliyyəti, habelə böyük verilənlər bazalarını hazırlamaq, təhlil və şərh etmək bacarığı;

  • Kreativ və unikal ideyaların hazırlanması bacarığı;

 Arzuolunandır:

  • MC Office (xüsusilə Excel) və Oracle SQL proqramları ilə sərbəst işləmə bacarığı (Digər proqramlarla işləmək bacarığı üstünlükdür);

  • Verilənlərin təhlili, verilənlərin modelləşdirilməsi və məlumatların vizuallaşdırılması üzrə təcrübə və biliklər;

  • Agile metodologiyası ilə tanışlıq.

Ətraflı məlumat üçün linkə keçid edin!

 

 

smm vakansiya , şöbə müdiri vakansiya, atəşgah sığorta vakansiya, begoc biznes mərkəzi vakansiya, satinalma vakansiya, kicik mutexessis vakansiya, kreditle mal qara, metak vakansiya, taksi buraxılış kartı, oba market vakansiya

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
22
2
fins.az

10Источники