İngiltərədə seçicilər 1945-ci ildən bəri ilk dəfə iyul ayında keçirilən ümumi seçkilərdə bu gün səs verirlər.
Ednews bbc.com-a istinadən xəbər verir ki, seçki məntəqələri yerli vaxtla saat 07:00-da (GMT 09:00) açılıb və 22:00-da (GMT 00:00) bağlanacaq.
40 min seçki qutusunun bağlanması ilə exit-pollun nəticələri açıqlanacaq.
Böyük Britaniyanın baş naziri və 2010-cu ildən hakimiyyətdə olan Mühafizəkarlar Partiyasının lideri Rişi Sunak mayın 22-də növbədənkənar seçkilərin keçirilməsinə qərar verib.