Bakı, 4 iyul, AZƏRTAC
Azərbaycanı Koreya Açıq Beynəlxalq Turnirində təmsil edəcək parataekvondoçular müəyyənləşib.
Azərbaycan Milli Paralimpiya Komitəsindən AZƏRTAC-a verilən məlumata görə, Cənubi Koreyanın Çxunçxon şəhərində keçiriləcək yarışda Sabir Zeynalov (-58 kiloqram), İmaməddin Xəlilov (-70 kiloqram) və Əbülfəz Abuzərli (-80 kiloqram) mübarizə aparacaqlar.
Qeyd edək ki, turnirə iyulun 5-də start veriləcək.