RU

Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) Heydər Əliyev adına Akademiyasında növbəti məzun buraxılışı

İyulun 3-də Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) Heydər Əliyev adına Akademiyasında növbəti məzun buraxılışına həsr olunmuş təntənəli tədbir keçirilib. Bizimyol.info xəbər verir ki, tədbirdə DTX-nin rəisi, general-polkovnik Əli Nağıyev, Xidmətin rəhbər əməkdaşları, təhlükəsizlik orqanlarının veteranları, Akademiyanın professor-müəllim heyəti və valideynlər iştirak edib. Tədbirdə öncə Ulu Öndər Heydər Əliyevin Akademiyanın ərazisində ucaldılmış abidəsi ziyarət olunub. Daha sonra Azərbaycanın ərazi bütövlüyü və müstəqilliyi uğrunda həlak olmuş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Tədbir məzunlara diplomların təqdim olunması mərasimi ilə davam edib, ardınca DTX-nin rəisi Əli Nağıyev çıxış edib. Azərbaycan təhlükəsizlik orqanlarının fəxri rəhbəri Heydər Əliyevin adını daşıyan Akademiyada təhsillərini uğurla başa vurmaları ilə bağlı məzunlara təbriklərini çatdıran Əli Nağıyev DTX-nin gələcək zabit əməkdaşlarının Vətənə və xalqa dönməz sədaqətlə xidmət edəcəklərinə, dövlətimizin təhlükəsizliyinin keşiyində hər zaman ayıq-sayıq duracaqlarına inamını ifadə edib. Əli Nağıyev bildirib ki, yüksəkixtisaslı kadrlarla komplektləşdirilmiş və maddi-texniki bazası davamlı yenilənən Akademiyada keyfiyyətli təhsil alınması üçün tədris prosesi ilbəil təkmilləşdirilir. Xüsusi təyinatlı təhsil müəssisəsinin infrastrukturu çağdaş tələblərə uyğun şəkildə yenidən qurulur. Sadalanan amillərlə yanaşı, Akademiyada kursant adına yiyələnmək istəyənlər arasında ciddi seçim aparılır, bu proses çərçivəsində yalnız qənaətbəxş səviyyədə bilik və bacarıqları olan, gələcəyi böyük potensial vəd edən gənclərə üstünlük verilir. Tədbirin digər çıxışçıları kursantların peşəkar zabit kimi yetişmələri üçün Akademiyada yaradılan hərtərəfli şəraitə görə DTX-nin və Akademiyanın rəhbərliyinə minnətdarlıq edib.

Избранный
75
44
bizimyol.info

10Источники