RU

Paşinyan: Ermənistan ABŞ-la münasibətlərin səviyyəsini strateji tərəfdaşlığa yüksəldəcək

Ermənistanın baş naziri Nikol Paşinyan bildirib ki, İrəvan Vaşinqtonla münasibətlərin səviyyəsini müxtəlif sahələrdə strateji tərəfdaşlığa yüksəltməyə hazırdır.

O, bunu ABŞ-ın Müstəqillik Günü münasibətilə ABŞ prezidenti Co Baydenə müraciətində qeyd edib.

“Qeyd etməkdən məmnunam ki, demokratik islahatlar sahəsində… və digər sahələrdə əməkdaşlığımızı daha da genişləndirmək öhdəliyi Ermənistan və ABŞ arasında strateji dialoqun strateji tərəfdaşlıq səviyyəsinə yüksəldilməsi konsepsiyasında öz əksini tapıb. ” TASS onun sözlərini sitat gətirir. 

Bundan əvvəl Ermənistan Vaşinqtonda NATO sammitinin tərəfdaş formatı tədbirində iştirakını təsdiqləyib.

DOĞRU.AZ

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
6
dogru.az

1Источники