RU

Ferqyuson Ronaldonun karyerasını bitirməsini istəyir

“Mançester Yunayted”in sabiq baş məşqçisi Aleks Ferqyuson portuqal ulduz hücumçu Kristiano Ronaldonun gələcək perspektivlərindən danışıb.

Arena.az xəbər verir ki, şotland mütəxəssis daha əvvəl, rəhbərliyi altında çıxış etmiş Ronaldonun 2 il sonra futbolda qalmasını arzulamadığını dilə gətirib:

“Mən onun 2026-cı ildə də oynayacağını təsəvvür edə bilmirəm. Qarşıdakı illərdə futbol daha da sürətli və daha atletik olacaq. Bundan əlavə, mərkəz hücumçuları üçün daha az yer olacaq. Müdafiəçilərdən fərqli olaraq, hücumçular yaşlandıqca ən yüksək səviyyədə oynamaqda çətinlik çəkirlər.
Daha bir-iki qənimət onun üçün o qədər də əhəmiyyət kəsb etməyəcək. Çünki onun özünəməxsus karyerası olub”, deyə Ferqyuson vurğulayıb.

Kristiano Ronaldo 2023-cü ilin yanvarından “Əl-Nəsr”də çıxış edir. Portuqal ulduz ərəb klubuna 2023-cü ilin yanvarında “Mançester Yunayted”dən azad agent qismində keçib.

Ronaldonun “Əl-Nəsr”lə müqaviləsi 2025-ci ilin iyun ayının sonuna qədər qüvvədədir.

Geridə qalmış mövsümdə Ronaldo “Əl-Nəsr”in heyətində bütün yarışlarda 45 oyuna çıxıb, 44 qol vurub, 13 məhsuldar verib. Kristiano 35 qolla Səudiyyə Ərəbistanı Peşəkar Liqasının son mövsümünün ən sərrast futbolçusu olub. Bu isə bir mövsümdə vurulmuş qolların sayına görə milli birinciliyin mütləq rekordudur.

Səudiyyə Ərəbistanı Peşəkar Liqasının son mövsümündə Ronaldonun hesabında 11 məhsuldar ötürmə də var. Bu göstərici üzrə Ronaldo 3-cü olub. Eyni zamanda o, mövsümün ən səmərəli futbolçusu olub. Portuqal hücumçu vurduğu qolların (35) və verdiyi məhsuldar ötürmələrin (11) cəmi üzrə 46 xal toplayb.

Ronaldonun “Əl-Nəsr” karyerası bütövlükdə 64 oyun, 58 qol və 15 assistdən ibarətdir.

Portuqaliyalı ulduz daha öncə “Real”, “Mançester Yunayted”, “Yuventus” və “Sportinq” kimi klubların da şərəfini qoruyub.

Kristiano hazırda kapitanı olduğu, 2003-cü ilin avqust ayının 20-də debüt etdiyi Portuqaliya yığmasının heyətində 211 oyun keçirib, 130 qol vurub və 47 məhsuldar ötürmə verib. Ronaldonun yığma komandanın heyətindəki oyun və qol sayı mütləq dünya rekordudur.

“Transfermarkt” internet-portalı 39 yaşlı veteran hücumçunun transfer dəyərini 15 milyon avro məbləğində qiymətləndirir.

Избранный
142
28
arena.az

10Источники