Polis əməkdaşları qanunsuz saxlanılan odlu silahların könüllü təhvil verilməsi ilə bağlı profilaktik tədbirləri davam etdirirlər.
NOCOMMENT.az xəbər verir ki, bu barədə Azərtac məlumat yayıb.
İyulun 3-də polis əməkdaşları qanunsuz saxlanılan 3 tüfəng aşkar edərək təhvil götürüblər.
Həmin gün polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində dələduzluğa görə axtarışda olan 2 nəfər saxlanılaraq istintaqa təhvil verilib.