RU

İsrail ordusunun hücumu nəticəsində 8 fələstinli həlak oldu

İsrail ordusunun Qəzzaya hücumu nəticəsində azı 8 fələstinli həlak olub.

Bakupost.az xəbər verir ki, Fələstinin WAFA xəbər agentliyinin məlumatına görə, İsrail döyüş təyyarələrinin Qəzza şəhərinin əl-Tuffah məhəlləsində bir evi bombalaması nəticəsində 4 fələstinli həyatını itirib, 8 nəfər isə yaralanıb.

Qəzza şəhərinin şərqindəki Ed-Derec məhəlləsində isə səhər saatlarında İsrail ordusunun vurduğu “Zeyno” ailəsinə məxsus evdə həyatını itirənlərin sayı 3-ə yüksəlib, 13 nəfər yaralanıb. .


İsrail ordusunun bir həftədir qurudan hücumlarını davam etdirdiyi Qəzza şəhərinin Şucaiyye rayonundakı Əl-Şəf küçəsində İsrail ordusunun artilleriyasının bir qrup fələstinlini hədəf alması nəticəsində ən azı 1 nəfər ölüb, 3 nəfər yaralanıb.

Şucayyədə İsrail ordusu mülki binaları bombalayıb və ərazidən qatı tüstü qalxıb.

İsrail artilleriya bölmələri Qəzzanın mərkəzi hissələrindəki Nusayrat Qaçqınlar Düşərgəsinə, Qəzzanın cənubunda Xan Yunisin şərq hissələrinə və Rəfahdakı Yebna Qaçqınlar Düşərgəsinə hücum edib.

Silahlı pilotsuz təyyarələr Qəzzanın mərkəzi hissələrindəki Deyr əl-Belah şəhərində intensiv uçuşlar həyata keçirib.



Aygün
BakuPost

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
5
bakupost.az

1Источники