RU

Kristian da Silva: "Ümidləri doğrultmağa çalışacağam"

"Turan Tovuz"un yeni transferi Kristian da Silva Braziliya mətbuatına danışıb.

Sportnet.az xəbər verir ki, futbolçu "Terra"ya açıqlamasında "Sabah"dan ayrılaraq Tovuz klubuna keçidini şərh edib:

"Turan-Tovuz"da oynamaq şansım yarandığı üçün çox şadam. Bu, mənim çox yaxşı tanıdığım klubdur. Son üç mövsümü Azərbaycanda, keçirmişəm, ona görə də uyğunlaşma asan olacaq. Yeni klubum yaxşı infrastruktura və şəraitə malikdir. Ümid edirəm ki, mənə olan etimadı doğruldacaq, bu mövsüm komandaya kömək edəcəyəm. Artıq mövsümöncəsi məşqlərə başlamışıq, qarşıda bizi yoldaşlıq oyunları gözləyir. Tətil zamanı məşq etdim və düşərgəyə yaxşı fiziki formada qoşuldum. İndi komanda yoldaşlarımızla daha da yaxşı hazırlaşmağın vaxtıdır. Çalışacağam ki, mövsümü gözəl keçirim və klubun qarşıya qoyduğu məqsədlərə çatmasına kömək edim".

"Turan Tovuz" Kristian da Silva ilə 1+1 illik müqavilə imzalayıb. 


Избранный
111
1
sportnet.az

4Источники