Bu gün Astanada Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) zirvə toplantısı işinə başlayıb.
BAKU.WS verir ki, zirvə toplantısında qəbul edilən qərara əsasən, Belarus rəsmən Şanxay Əməkdaşlıq Təşkilatına üzv seçilib.
Beləliklə, Belarus ŞƏT-in tamhüquqlu, onuncu üzvünə çevrilib. Hindistan, İran, Qazaxıstan, Çin, Qırğızıstan, Pakistan, Rusiya, Tacikistan və Özbəkistan təşkilatda oxşar statusa malikdir.
Qeyd edək ki, hazırda ŞƏT-ə Qazaxıstan sədrlik edir. Zirvə görüşünə 16 ölkənin dövlət və hökumət başçıları qatılıb.