RU

Astanada Şanxay Əməkdaşlıq Təşkilatının sammiti başlayıb

Astanada

Bakı, 4 iyul, AZƏRTAC

Astanada Qazaxıstanın sədrliyi ilə Şanxay Əməkdaşlıq Təşkilatına (ŞƏT) üzv ölkələrin Dövlət Başçıları Şurasının iclası başlayıb.

AZƏRTAC Kazinform agentliyinə istinadla xəbər verir ki, sammit ilk dəfədir “ŞƏT+” formatında keçirilir. İclasda Qazaxıstan, Rusiya, Azərbaycan, Çin, Qırğızıstan, Pakistan, Hindistan, İran, Tacikistan, Özbəkistan, Belarus, Monqolustan, Qətər, Birləşmiş Ərəb Əmirlikləri, Türkiyə və Türkmənistanın dövlət başçıları və hökumət üzvləri iştirak edirlər. Tədbirə BMT-nin baş katibi Antonio Quterreş və bir sıra digər beynəlxalq qurumların başçıları da qatılıb.

Sammit iştirakçıları 24 birgə sənəd paketi imzalamağı, həmçinin birlik iştirakçılarının mehriban qonşuluq və birlik prinsiplərinə sadiqliyini təsdiqləyən yekun bəyannamə və bəyanat qəbul etməyi planlaşdırırlar.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
9
3
azertag.az

4Источники