RU

Dələduzların bu dəfə hədəfi ictimai nəqliyyatla bağlı oldu: "1 il müddətində daha ucuz qiymətə..." - VİDEO

Dələduzların bu dəfə hədəfi ictimai nəqliyyatla bağlı oldu: "1 il müddətində daha ucuz qiymətə..." - VİDEO

Gediş haqlarının artırılması dələduzları hərəkətə keçirib. Onlar metro və avtobuslarda ödənişsiz yararlanmağı teklif edirlər. Bunun qarşılığında isə insanların şəxsi məlumatlarını və pullarını ələ keçirməklə məşğul olurlar. Bəs bu necə baş verir?

Sonxeber.az xəbər verir ki, məsələ ilə bağlı "ARB Xəbər"in əməkdaşları araşdırma aparıb. Dələduzlar Bakı kartın şəkillərindən istifadə edərək 1 il müddətinə ictimai nəqliyyatdan pulsuz yararlanmağı teklif edir:

"Sosial şəbəkələrdə bir neçə dəfə qarşıma çıxıb. Deyirlər ki, linkdən keç və bir il müddətində daha ucuz qiymətə metro və avtobuslardan istifadə et".

Dələduzların əsas məqsədi də məhz budur. Şəbəkələr üzərindən yaydıqları səhifələrdə yerləşdirdikləri linklərə kim daxil olsa özü də bilmədən onlara istədiyini verəcək. Yəni oğurluq sistemləşdirilmiş şəkildə baş verir. Ucuz və pulsuz gedir haqqı əldə etmək istəyənlər şəxsi məlumatları və bank hesablarını qarşı tərəfə ötürmüş olur. Lakin araşdırma nəticəsində hər hansı bir əlaqə vasitəsinə rast gəlinmədi.

Ətraflı "ARB Xəbər"in süjetində:

Избранный
110
sonxeber.az

1Источники