RU

Trampın dəhşətli müharibə xəbərdarlığı reallaşır: ABŞ-da savaş başlayacaq

Hətta Meksika ilə sərhədin bağlanması belə ABŞ-ı daxili müharibədən xilas etməyəcək.

Publika.az xəbər verir ki, bu fikirləri Pentaqonun keçmiş müşaviri polkovnik Duqlas Makqreqor “Deep Dive” Yutub kanalına müsahibəsində bildirib.

Onun sözlərinə görə, Meksika ilə sərhəd açıq olsa və ya bağlansa belə, ABŞ-ın öz daxili müharibəsi olacaq.

“Hazırda hamı sərhəddəki vəziyyətə (ABŞ-Meksika - red.) məhəl qoymur. Mayorkas sərhədi açdı, lakin Hizbullahın Meksikada böyük bir aktiv hüceyrəsi var. İndi də bütün ştatlarda Hizbullah agentləri var. Onlar tək belə deyillər - İŞİD üzvləri də çoxdur”, - polkovnik qeyd edib.

Bununla belə, Makqreqor əlavə edib ki, sərhədlərin bağlanması ABŞ-ı daxili müharibədən xilas etməyəcək. Çünki bu halda hakimiyyət Meksika narkotik kartelləri ilə mübarizə aparmalı olacaq, onlar ticarət axınlarına müdaxiləni heç kimə bağışlamayacaqlar.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
9
publika.az

1Источники