RU

“Tərəflər arasında razılıq əldə olunarsa, Kadi “Qarabağ”a dönməyə etiraz etməyəcək” - menecer

Kadi Borgesin “Qarabağ”a keçidiylə bağlı xəbərlərin getdikcə təsdiqini tapdığını görürük.

Braziliyalının Ağdam təmsilçisinin “instaqram” hesabındakı son paylaşımına reaksiya verməsi və klubun da onu izləməyə alması şübhələri bir qədər də artırır. Xüsusən də “Qarabağ”ın yalnız kollektiv üzvlərini izlədiyini nəzərə alsaq, artıq braziliyalı vingerin keçidi an məsələsidi. Hətta bəlkə də transfer reallaşıb, sadəcə, rəsmi açıqlama verilməyib.

Ümumiyyətlə, 28 yaşlı oyunçunun Ağdam təmsilçisinə keçidiylə bağlı prosesin nə yerdə olduğunu örənmək üçün onu ölkəmizə gətirən menecer Tural Əsgərovla əlaqə saxladıq. Tural bəyin “Football-plus.az”a söylədikləri:

“Sözləşmə olsaydı, yəqin ki, klub rəhbərliyi bunu ictimaiyyətə rəsmi şəkildə açıqlayardı. Hələ ki heç bir anlaşma yoxdu. Ola bilsin, klublar arasında danışıqlar gedir. Tərəflər arasında razılıq əldə olunarsa, Kadi “Qarabağ”a dönməyə etiraz etməyəcək”.

Xatırladaq ki, hazırda Rusiya “Krasnodar”ında çıxış edən futbolçu, 2021-23-cü illərdə “Qarabağ”ın formasını geyib.

KAMAL SƏFƏR
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
12
football-plus.az

1Источники