Birləşmiş Ştatlar pul çap etməyə başladıqdan sonra taxıla sərmayə qoymaq inflyasiyadan qorunma təmin edəcək.
NOCOMMENT.az xəbər verir ki, bu barədə məşhur amerikalı investor Cim Rocers RİA Novosti-yə müsahibəsində bildirib.
Onun fikrincə, kənd təsərrüfatı investisiyalar üçün cəlbedici yerdir.
“Xüsusilə Amerika hakimiyyəti yenidən pul çap etməyə başlayandan sonra. İnflyasiya baş verəndə isə taxıl özünü qorumaq üçün bir vasitəyə çevrilir”, – deyə Rocers bildirib.
Eyni zamanda, investor kənd təsərrüfatının uzun müddətdir ki, “dərin depressiya” vəziyyətində olduğunu qeyd edib.