RU

NATO ölkələri Ukraynaya 40 milyard avro ayırmağa razılaşıb...

...Şimali Atlantika Alyansına (NATO) üzv ölkələrin nümayəndələri 2025-ci ildə hərbi yardımın maliyyələşdirilməsi üçün Ukraynaya 40 milyard avro ayırmağa razılaşıblar.

SİA-nın əldə etdiyi məlumata görə, Reuters bunu mənbələrə istinadən yazır.

Agentlik həmsöhbətinin sözlərinə görə, Kiyevə hərbi yardımın maliyyələşdirilməsi ilə bağlı rəsmi qərar iyulun 9-11-də Vaşinqtonda keçiriləcək NATO sammitində veriləcək.

Bundan əvvəl NATO-nun baş katibi Yens Stoltenberq Alyans üzvlərini Ukraynaya hərbi yardımın maliyyələşdirilməsi üçün təşkilatın büdcəsindən hər il 40 milyard avro ayırmaq qərarını təsdiq etməyə çağırıb.

Lakin bu təklif müttəfiqlər tərəfindən dəstəklənməyib.

Bunu bildiriən Reuters-un yazdığına görə, NATO-ya üzv ölkələrin nümayəndələri əvvəllər Alyansın gələcək sammitlərində təşkilat üzvlərinin töhfələrini hər il nəzərdən keçirmək barədə razılığa gəliblər.

...Və bundan əlavə, artıq 2025-ci ildə NATO Ukrayna ilə bağlı iki hesabat hazırlayacaq və bu hesabatda təşkilata üzv olan hansı ölkənin Kiyevə nə qədər yardım göstərdiyi göstəriləcək.

Bu, mənbənin dediyi kimi, Alyans iştirakçıları arasında maliyyə yükünün şəffaf və ədalətli şəkildə bölüşdürülməsi üçün lazımdır.

Əli Babayev

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
11
sia.az

1Источники