Almaniya Ukraynadakı münaqişənin tərəfinə çevrilməyəcək.
NOCOMMENT.az xəbər verir ki, bunu Almaniya kansleri Olaf Şolts Bundestaq deputatlarının suallarını cavablandırarkən deyib.
“Bəli, mən bu zəmanəti verirəm”, – deyə o vurğulayıb.
Şolts ayrıca “kansler kimi buna zəmanət verdiyi” açıqlayıb.
İyulun 1-də Almaniyanın xarici işlər naziri Annalena Barbok Rusiyanı yaxın gələcəkdə Avropa təhlükəsizliyinə ən böyük təhdid adlandıraraq, mövcud dünya nizamının qorunmasına və Ukraynaya dəstəyin artırılmasına çağırıb.