Əgər Tramp bu müharibəni necə bitirəcəyini bilirsə, bu gün bizə deməlidir. Əgər Ukraynanın müstəqilliyi üçün risklər varsa, dövlətçiliyimizi itirə biləriksə, buna hazır olmaq, bilmək istəyirik.
Milli.Az axar.az-a istinadən bildirir ki, bu sözləri Ukrayna lideri Vladimir Zelenski "Blumberq"ə müsahibəsində deyib.
O əlavə edib ki, keçmiş prezidentin təkliflərini dinləmək üçün Tramp və komandası ilə görüşməyə hazırdır:
"Biz bilmək istəyirik: noyabrda ABŞ-ın güclü dəstəyinə arxalanacağıq, yoxsa tamamilə tək qalacağıq?"
Milli.Az