RU

Zaqatalada idarə əməkdaşı iş başında öldü

Zaqatala Suvarma Sistemləri İdarəsinin əməkdaşı iş başında ölüb.

Teleqraf.com xəbər verir ki, hadisə günorta saatlarında rayonun Çobankol kəndində baş verib.

İdarədə elektrik işləyən, 1972-ci il təvəllüdlü Zaqatala rayon sakini Hacıməhəmməd Rəhmətullah oğlu Qaracayev təmir işləri aparan zaman nərdivandan yıxılaraq ölüb.

Faktla bağlı Zaqatala Rayon Prokurorluğunda araşdırma aparılır.


Müəllif: Teleqraf.com
Избранный
72
9
teleqraf.com

10Источники