RU

“Sanki kino idi” – Türkiyənin oyununun azərbaycanlı şərhçisi

Dünən AÇ-2024-də 1/8 finala yekun vuruldu. Türkiyə millisi bu çərçivədə keçirilən oyunda Avstriyanı məğlub edərək (2:1) növbəti mərhələyə vəsiqə qazandı.

Bilindiyi kimi, qitə turnirinin ölkəmizdəki yayın hüququ İTV-yə məxsusdu. Odu ki, Azərbaycandakı futbolsevərlər matçı həmin kanalda, şərhçi Tural Dadaşovun təqdimatında seyr etdi. Oyunun yetərincə gərgin, emosional və maraqlı keçdiyi bəllidi. Belədə Tural bəylə əlaqə saxlayıb matçla bağlı təəssüratını öyrənməyi lazım bildik. Onun “Football-plus.az”a söylədikləri:
“Təəssüratım, təbii ki, üst səviyyədədi. Əlbəttə, şərhçi karyeram ərzində emosional oyunlar olub. Təxminən 4 il millimizin oyunlarını şərh etmişəm. Həmin dönəmdə daha həyəcanlı matçlar şərh etmişəm. Norveç, İtaliya və Almaniya kimi yığmalara qarşı görüşlər çox emosional keçib. Türkiyə də bizə qardaş ölkədi. Onları da özümüzkülərdən ayırmırıq. Dünən çox vacib və tarixi oyuna şahidlik etdik. Bilindiyi kimi, işimiz meydanda başverənlərlə birbaşa əlaqəlidi. Məsələn, AÇ-2020-də də Türkiyənin matçlarını şərh etdim. Lakin həmin vaxt komanda yaxşı performans sərgiləmədiyindən şərhim heç nə ilə yadda qalmadı. Meydanda elə hadisələr yaşanmalıdı ki, biz də öz töhfəmizi verək. Türkiyənin dünənki matçı da elə ssenari üzrə cərəyan etdi ki, sanki kino idi. Futbol adına hər şey var idi. Biz də əlimizdən gələni etdik ki, işimizi yaxşı görək”.


KƏNAN BAHADIR
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
27
football-plus.az

1Источники