Astana. Trend:
İyulun 3-də Astanada Şanxay Əməkdaşlıq Təşkilatının Zirvətoplantısında iştirak edən nümayəndə heyətlərinin başçılarınınşərəfinə Qazaxıstan Respublikasının Prezidenti Kasım-JomartTokayevin adından qeyri-rəsmi şam yeməyi verilib.
Trend xəbər verir ki, Azərbaycan Respublikasının Prezidentiİlham Əliyev tədbirdə iştirak edib.