RU

Bayden Ukraynaya əlavə 150 milyon dollar hərbi yardım göndərilməsi barədə göstəriş verib

Bayden

Bakı, 3 iyul, AZƏRTAC

ABŞ Prezidenti Co Bayden Kiyevə 150 milyon dollar məbləğində əlavə hərbi yardım göndərilməsi barədə göstəriş verib.

AZƏRTAC xəbər verir ki, bu barədə Ağ Evin bəyanatında deyilir.

Sənəddə qeyd edildiyi kimi, Bayden ABŞ Dövlət katibi Antoni Blinkenə müdafiə təyinatlı məhsullar ayırmaq səlahiyyəti verib.

Hərbi yardım müdafiə məhsulları və xidmətləri, o cümlədən hərbi təlim və təhsillə bağlıdır.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
18
9
azertag.az

10Источники