RU

Dris Mertens “Qalatasaray”la yeni müqavilə bağladı

Futbol üzrə Belçika millisinin sabiq hücumçusu Dris Mertens Türkiyə çempionu “Qalatasaray”la yeni müqaviləyə imza atıb.

Arena.az xəbər verir ki, bu barədə İstanbul klubunun mətbuat xidməti məlumat yayıb.

37 yaşlı hücumçu karyerasını daha bir mövsüm “Qalatasaray”da davam etdirməyə qərar verib. Onun yeni sözləşməsi 2025-ci ilin 30 iyununa qədər nəzərdə tutulub.

Xatırladaq ki, Dris Mertens 2022-ci ilin avqust ayından “Qalatasaray”ın uğurları üçün çalışır. Təcrübəli hücumçu İstanbul təmsilçisindəki ilk mövsümündə 33 oyuna 7 qol vurmuş, 4 məhsuldar ötürmə vermiş və Türkiyə çempionu olmuşdu.

Geridə qalmış 2023/2024 mövsümündə isə belçikalı oyunçu 51 matçda 12 qol vurub, 19 məhsuldar ötürmə edib. O, indiyə qədər “Qalatasaray”da bütövlükdə 84 matça çıxıb, 19 qol və 23 məhsuldar ötürmə ilə yadda qalıb.

AGOVV, “Utrext” və PSV kimi klublarda da oynamış Mertensin karyerasının ən parlaq dövrü “Napoli”də keçib. O, 2013-2022-ci illər aralığında bu klubun heyətində 397 oyuna 138 qol vurub, 90 assistlə yadda qalıb.

Mertens 2011-ci ilin fevralında debüt etdiyi Belçika yığmasında 109 oyuna 21 qol vurub, 33 məhsuldar ötürmə verib.

“Transfermarkt” internet-portalı 37 yaşlı hücumçunun transfer dəyərini 1,8 milyon avro məbləğində qiymətləndirir.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
18
arena.az

1Источники