RU

“Şaxtyor” yeni mövsümdə ÇL oyunlarını Almaniyada keçirəcək

Ukrayna təmsilçisi Donetsk “Şaxtyor”u Çempionlar Liqasının 2024/2025-ci illər mövsümündə ev oyunlarını Almaniyada keçirəcək.

Arena.az bu barədə “Şaxtyor”un mətbuat xidmətinə istinadən məlumat verir.

“Şaxtaçılar”ın ev oyunları Gelzenkirxenin “Veltins Arena” stadionunda baş tutacaq.

“Şaxtyor”un yurdundan didərgin düşməsinin səbəbi isə Rusiyanın Ukraynaya hazırda da davam edən hərbi müdaxiləsi nəticəsində klub infrastrukturunun itirilməsidir.

Xatırladaq ki, “Şaxtyor” geridə qalmış 2023/2024-cü illər mövsümü Ukrayna Premyer Liqasını 71 xalla çempion olaraq tamamlayıb və növbəti mövsümdə Çempionlar Liqasında iştirak hüququ əldə edib.

2024/2025-ci illər mövsümündən etibarən Çempionlar Liqası yeni tərtibat üzrə keçiriləcək. Qrup mərhələsi anlayışını özündə 36 komandanı ehtiva edən ümumi yarış cədvəli əvəz edəcək. Hər bir komadan fərqli rəqiblə 8 oyun keçirəcək.

Избранный
153
arena.az

1Источники