RU

İrakli Kobaxidze: Gürcüstan regionda təhlükəsiz və sabit mühitin yaradılmasına töhfə verməyə hazırdır

İrakli

Tbilisi, 3 iyul, AZƏRTAC

Gürcüstanın Baş naziri İrakli Kobaxidze Tbilisidə səfərdə olan Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan ilə görüşüb.

AZƏRTAC xəbər verir ki, hökumət ofisində keçirilən görüşdə iki ölkə arasında strateji tərəfdaşlığın yaradılmasına dair birgə bəyannamə ilə müəyyən edilmiş əməkdaşlığın istiqamətlərinə diqqət yetirilib. Söhbətdə ticari-iqtisadi əlaqələrin daha da dərinləşdirilməsi baxımından mövcud potensialdan istifadənin vacibliyinə toxunulub.

Tərəflər regionda mövcud vəziyyət və təhlükəsizlik problemlərini müzakirə ediblər. Sülh və sabitliyin vacibliyi vurğulanıb.

Hökumət başçısı deyib ki, Gürcüstan təhlükəsiz və sabit mühitin yaradılması məqsədilə regionda konstruktiv dialoqun aparılmasına töhfə verməyə hazırdır.

Xətayi Əzizov

AZƏRTAC-ın xüsusi müxbiri

Tbilisi 

Избранный
70
azertag.az

1Источники