RU

Almaniya səfiri Türkiyə XİN-ə çağırılıb

Bakı. Trend:

Türkiyə Xarici İşlər Nazirliyi (XİN) Almaniya səfirini UEFA-nıntürkiyəli futbolçu Merih Demirala qarşı intizam araşdırmasıbaşlatması ilə bağlı vəziyyətə görə çağırıb.

Trend xəbər verir ki, bubarədə türk KİV-ləri diplomatik mənbələrə istinadən məlumatyayıb.

Almaniyanın daxili işlər naziri Nensi Feserin UEFA-nı MerihDemirala qarşı intizam araşdırması başlatmağa çağırması ilə bağlısəfirə qəti etiraz bildirilib.

Qeyd edək ki, UEFA Türkiyə yığmasının üzvü Merih DemiralınAlmaniyada keçirilən Avropa çempionatının 1/8 finalının Avstriyamillisi ilə matçında “bozqurd” işarəsi göstərməsinə görəaraşdırmaya başlayıb. Yekun qərarın yaxın zamanda açıqlanacağıgözlənilir.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
18
10
az.trend.az

10Источники