RU

Putin Ərdoğana Türkiyəyə gələcəyinə söz verib

...Rəcəb Tayyib Ərdoğan Vladimir Putinin yaxın vaxtlarda Ankaraya səfərini gözləyir.

SİA-nın əldə etdiyi məlumata görə, Türkiyə lideri bu barədə Astanada Rusiya prezidenti ilə görüşündə bildirib.

Vladimir Putin də öz növbəsində Ərdoğana danışıqlarda iştirak etmək üçün ölkəsinə səfər edəcəyinə söz verib.

Rusiya liderinin sözlərinə görə, o, mütləq gələcək. Kreml daha əvvəl qeyd edib ki, Putinin Türkiyəyə səfəri yüksək hazırlıq səviyyəsindədir.

Təfərrüatlar, o cümlədən hər iki dövlətin Xarici İşlər Nazirlikləri səviyyəsində müzakirə olunur.

SİA TASS-a istinadən xəbər verir ki, iki ölkə prezidentlərinin iş qrafikinin sıx olması səbəbindən konkret tarixləri razılaşdırmaq hələlik mümkün olmadığı vurğulanıb.

Əli Babayev

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
10
sia.az

1Источники