Bu fikirləri Demokrat.az-a açıqlamasında millət vəkili Naqif Həmzəyev deyib.
Deputat qeyd edib ki, ŞƏT Dövlət Başçıları Şurasının 24-cü Sammitində Prezident İlham Əliyevin həm ümumi toplantılarda iştirakı, həm də dövlət başçıları ilə ikitərəfli görüşlər keçirməsi planlaşdırılır:
“Xüsusilə də regional təhdidlərin qarşısının alınması, çoxtərəfli dialoqun gücləndirilməsi, davamlı sülh və inkişaf yolunda ŞƏT-in rolunun artırılması məsələləri əsas müzakirə obyekti olacaq. Bu da region ölkələri, eləcə də Azərbaycan üçün önəmlidir. Bunlarla yanaşı Zirvə Görüşündə regional təhlükəsizlik, enerji, nəqliyyat və logistika mövzularına da yer ayrılacaq. Toplantıda liderlərin beynəlxalq ticarət və iqtisadiyyata fokuslanacağı da bəllidir. Çünki təşkilata üzv dövlətlər, əsasən, iqtisadi məsələlər fonunda bir araya gəlib”.
Naqif Həmzəyev Azərbaycanın ŞƏT-in toplantılarında iştirakını müsbət hal kimi dəyərləndirib:
“Azərbaycan sadalanan məsələlərin həllinə fayda və töhfə verə bilər. Eyni zamanda Azərbaycan təşkilata üzv dövlətlərlə iqtisadi əməkdaşlığın gücləndirilməsində də maraqlıdır. Xüsusilə də Orta Dəhlizin inkişaf etdirilməsi, Çindən Avropaya uzanan nəqliyyat dəhlizinin məhz Azərbaycandan keçməsi, gələcəkdə Ermənistanla sülhün əldə olunması fonunda Zəngəzur dəhlizinin açılması və bu yolların şaxələndirilməsinin mümkünlüyü də burada müzakirə olunacaq. Həmçinin son dövrlərdə Azərbaycan Şərq-Qərb və Şimal-Cənub dəhlizinin potensialının və yükdaşımaların artırılması ilə bağlı böyük lahiyələr həyata keçirib. Bu da Azərbaycanın formalaşdırdığı nəqliyyat dəhlizinin imkanlarını artıracaq.
Eyni zamanda Qazaxıstanda keçirilən Zirvə görüşünün sonunda ŞƏT-ə sədrlik Qazaxıstandan Çinə keçəcək. Azərbaycanın Çinlə də münasibətləri yüksək səviyyədədir. Düşünürəm ki, Çinin təşkilata sədrliyi dövründə Azərbaycanın təşkilatla münasibətləri daha da inkişaf edəcək”.
Qeyd edək ki, Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) sədri statusunda Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayevin dəvəti ilə ŞƏT-in Zirvə toplantısında iştirak etmək üçün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 3-də Astanaya səfər edib. Bu, Prezident İlham Əliyevin Şanxay Əməkdaşlıq Təşkilatının Zirvə toplantısında ikinci iştirakıdır. Bundan əvvəl Şanxay Əməkdaşlıq Təşkilatının sədri statusunda Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyevin dəvəti ilə dövlətimizin başçısı təşkilatın 2022-ci il sentyabrın 16-da Özbəkistanın Səmərqənd şəhərində keçirilmiş Zirvə toplantısında iştirak edib.
Törə Zeynallı
Demokrat.az
Bütün xəbərləri reklamsız oxumaq üçün
Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.
10Источники
-
turkustan.azQüdrətli Azərbaycan: Güclü Lider - böyük inkişaf konsepsiyası ( 8348546)
-
sia.azAzərbaycan - ŞƏT münasibətləri: böyük perespektivlərə doğru TƏHLİL ( 8330996)
-
sabahinfo.azAqiyə Naxçıvanlı: “Azərbaycan ŞƏT-ə üzv dövlətlərlə həm ikitərəfli formatda, həm də digər beynəlxalq təsisatlar çərçivəsində münasibətlərini ən yüksək səviyyədə qurub” ( 8313119)
-
adalet.azAqiyə Naxçıvanlı: “Azərbaycan ŞƏT-ə üzv dövlətlərlə həm ikitərəfli formatda, həm də..." ( 8310080)
-
milli.azQüdrətli Azərbaycan: Güclü Lider - böyük inkişaf konsepsiyası ( 8304926)
-
yenigundem.azPrezident: Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizləri üzrə qarşılıqlı fəaliyyət Azərbaycan ilə ŞƏT arasında əməkdaşlığın vacib sahəsini təşkil edir ( 8296892)
-
aia.azAqiyə Naxçıvanlı: “Azərbaycan ŞƏT-ə üzv dövlətlərlə həm ikitərəfli formatda, həm də digər beynəlxalq təsisatlar çərçivəsində münasibətlərini ən yüksək səviyyədə qurub” ( 8293385)
-
turan.azPrezident İlham Əliyev Şanxay Əməkdaşlıq Təşkilatı ölkələrinin diqqətini Azərbaycanın tranzit imkanlarına yönədib ( 8288621)
-
xalqcebhesi.azPrezident: Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizləri üzrə qarşılıqlı fəaliyyət Azərbaycan ilə ŞƏT arasında əməkdaşlığın vacib sahəsini təşkil edir ( 8287445)
-
adalet.azPrezident: Bu qarşılıqlı fəaliyyət Azərbaycan ilə ŞƏT arasında əməkdaşlığın vacib sahəsini təşkil edir ( 8287331)