RU

UEFA Merih Demiral barəsində təhqiqata başladı

UEFA Türkiyə millisinin və Səudiyyə Ərəbistanı “Əl-Əhli”sinin mərkəz müdafiəçisi Merih Demiral barəsində təhqiqata başlayıb.

Arena.az “The Sun” nəşrinə istinadən məlumat verir ki, araşdırmaya əsas türk futbolçunun AÇ-2024-ün 1/8 final mərhələsinin Avstriya yığması ilə oyununda (2:1) vurduğu qolları qeyd etməsi zamanı istifadə etdiyi əl hərəkətidir.

Merih Demiral türk millətçilərinin istifadə etdiyi əl hrəkətini nümayiş etdirib ki, bu da UEFA-nın müvafiq tədbirə əl atmasına səbəb olub.

Öz növbəsində Demiral bu barədə mövqeyini açıqlayıb:

“Mənim fikrim vardı ki, qolumu türkçülüklə bağlı bir üslubda qeyd edim. Mən türk olduğum üçün fəxr edirəm, ona görə də qoldan sonra bunu etməli olduğumu hiss etdim. Bunu bacardığım üçün şadam”, – jurnalist Yağız Sabuncuoğlu Demiraldan sitat gətirir.

Bu arada Almaniyanın daxili işlər naziri Nensi Feyzer Merih Demiralın qolunu qalmaqala səbəb olmuş surətdə qeyd etməsinə münasibətini açıqlayıb:

“Stadionlarımızda türk sağçı ekstremistlərin rəmzlərinə yer yoxdur. Biz gözləyirik ki, UEFA bu məsələni araşdıracaq və sanksiya məsələsini qaldıracaq”, – “Reuters” agentliyi Feyzerdən sitat gətirir.

Vurğulayaq ki, UEFA milli səpgidə təzahürlərin müxtəlif ifrat təzahürlərə yol aça biləcəyindən ehtiyat etdiyi üçün, mötəbər yarışlarda müvafiq məqamları önləməyə çalışır.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
18
arena.az

1Источники