RU

Miniboss biznes məktəbinin tələbələri Startaplar üzrə Dünya Çempionatında qalib oldular (FOTO)

Bakı. Trend:

“Miniboss Business School Baku”nun tələbələri 29 iyun-2 iyultarixlərində Türkiyənin İstanbul şəhərində 6-17 yaşlı uşaqlar vəyeniyetmələr arasında keçirilən Startaplar üzrə Dünya ÇempionatınınSAGE kateqoriyası (Qlobal mühitin inkişafı üçün startaplar) üzrə1-ci yerə layiq görüldü.

Trend xəbər verir ki, 20-dənçox ölkənin iştirak etdiyi bu tədbirdə ən yüksək nəticə göstərərəkvə superfinala çıxmaqla “Chaykhor” komandası birinci yerə layiqgörüldü. Chaykhor beş meyara (innovativlik, mənfəətlilik, layihəninəhatə dairəsi, mediada işıqlandırma, münsiflər heyətinin sualınıcavablama) cavab verməklə 23 komandanı geridə qoyaraq birinciliyinsahibliyini əldə etdi.

Qeyd edək ki, bütün komandalar SAGE-Qlobal mühitin inkişafı üçünstartaplar və SIFE- İnnovativ sərbəst sahibkarlıqda startaplarkateqoriyalarında təmsil olunmuşdur.

İnnovativ sərbəst sahibkarlıqda startaplar kateqoriyasındaAzərbaycandan "AzBathty" layihəsi 2-ci yerə, Qlobal mühitininkişafı üçün startaplar kateqoriyası üzrə isə 3-cü yerə "Sketchio"və "Ecoleaf" komandaları layiq görüldü.

Digər 3 biznes layihə isə BMT-nin dayanıqlı inkişaf məqsədlərinəuyğun xüsusi qızıl mükafata layiq görüldülər. Bu medallara layiqgörülən komandalar "Meyvali", "Dill Buzz" və "Kharı Touch"oldular.

Miniboss Business School-un Azərbaycanda təsisçisi olan NərminəHəsənova ikinci dəfə "İlin ən yaxşı franşızası sahibi" adına layıqgörüldü.

Digər filial direktorları arasında il boyu nümayəndəliyineffektiv idarəedilməsi ilə seçilən Alina Xələfova isə "İlindirektoru" sertifikatına layiq görüldü.

Pedaqoji fəaliyəti ilə seçilən Miniboss Biznes məktəbininmüəllimi Ülkər Əhmədova isə digər filiallardan olan müəllimlərləyanaşı sertifikatla təltif olundu.

"Miniboss Business School" qlobal bazarda yenilikçi işmetodologiyalarından istifadə edən 27 ölkədə 70 filialda mövcüdolan yeganə məktəbdir. Təhsil müəssisəsi özünəməxsus metodikayaəsasən 6-17 yaşarası uşaqların tam sahibkarlıq potensialının üzəçıxarılmasına və güclü liderlik keyfiyyətlərinin aşkar olunmasınageniş imkanlar yaradır. Beynəlxalq Təhsil Şəbəkəsi olan "MinibossBusiness school" hər il olduğu kimi bu il də sahibkarlıq üzrə 6-17yaşlı uşaqlar və yeniyetmələr arasında STARTUP Forum, Milli vəDünya çempionatları təşkil edir.

Miniboss
Miniboss
Miniboss
Miniboss
Miniboss
Miniboss
Miniboss
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
10
4
az.trend.az

5Источники