RU

Çin Azərbaycanın təklif etdiyi sülh gündəliyini qətiyyətlə dəstəkləyib

Astana. Trend:

Çin tərəfi Azərbaycan tərəfinin təklif etdiyi sülh gündəliyiniqətiyyətlə dəstəkləyir və konfrontasiyanın saxlanmasına yönəlmişgeosiyasi intriqaları qeyri-səmərəli hesab edir.

Trend xəbər verir ki, bufikir iyulun 3-də Astanada qəbul olunan “Azərbaycan Respublikasıilə Çin Xalq Respublikası arasında strateji tərəfdaşlığın qurulmasıhaqqında Birgə Bəyannamə”də yer alıb.

Bəyannaməyə əsasən tərəflər terrorizm, separatizm vəekstremizmin bütün beynəlxalq ictimaiyyət üçün ciddi təhdidləryaratdığını və bu çağırışların qarşısını almaq və onlara qarşımübarizə aparmaq üçün ümumi səylərin birləşdirilməsini tələbetdiyini vurğulayıblar.

Bildirilib ki, tərəflər milli xüsusiyyətlərinə uyğun seçilmişinkişaf yolu boyunca bir-birlərinə qətiyyətli dəstək verməyə davamedəcək, ümumi inkişaf və firavanlığa nail olmaq üçün əməkdaşlıqetməyə, milli, eləcə də regional və qlobal təhlükəsizliyin ən vacibməsələləri ilə bağlı sıx əlaqə və koordinasiya saxlamağa, etimadımöhkəmləndirməyə, öz dövlətinin ərazisindən hər hansı bir qüvvənindigər tərəfə qarşı hərəkət etmək üçün istifadə etməsinə imkanverməməyə hazırdırlar.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
3
21
az.trend.az

10Источники