RU

Ana Eşu, Kristofer Smit kar, qətnaməyə imza atanlar kordur - Viktor Hüqo deyib

"Dünyanı dağıtdığına görə əksər ölkələr ABŞ-ni qınadığı halda Nümayəndələr Palatası iki erməni əsilli üzvün həmmüəllifliyi ilə "Azərbaycanı qınama" adlı qətnamə qəbul edib.

Uydurduqları budur: “Dağlıq Qarabağın erməni əhalisinə qarşı etnik təmizləmə kampaniyası aparılıb".

Bu fikirləri açıqlamasında Jurnalist Ekspert Mərkəzinin sədri Ceyhun Musaoğlu bildirib.

JEM sədri vurğulayıb ki, Qarabağda məskunlaşmış erməni sakinlərinin ərazilərimizdən könüllü getdiklərini Ermənistanın baş naziri də dəfələrlə bəyan edib. Bu ölkənin əvvəlki prezidenti Köçəryan, yazıçı Zori Balayan Qarabağ müharibəsi haqqında qələmə aldıqları kitablarında azərbaycanlıları necə soyqırıma məruz qoyduqlarını, ata-baba yurdlarından didərgin saldıqlarını, deportasiya dəhşətləri yaşatdıqlarını, etnik təmizləmə aktı törətdiklərini açıq yazıblar.

Həbs olunan erməni terrorçuları da bu kimi dəhşətli hadisələrin baiskarı olduqlarını detallarına qədər söyləyiblər".

C.Musaoğlunun sözlərinə görə, belə miskin etirafların qarşılığında Nümayəndələr Palatasının "Azərbaycanı qınama" qətnaməsi dəyərsiz kağız parçası təsiri bağışlayır və bu "sənədi" qondaranların həqiqətə münasibətdə kor, kar olduqlarını təsdiqləyir:

"Nümayəndələr Palatası üzvlərinin Qarabağ mövzusunda kökündən yanlış mövqe sərgiləmələrinin səbəbinə Viktor Hüqonun "Səfillər" romanındakı "korlar karları məlumatlandırırdı" ifadəsi tam aydınlıq gətirir. 

Burada korlar Ana Eşu, Kristofer Smit, karlar qətnamə adlı kağız parçasına imza atanlardır.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
6
missiya.az

1Источники