RU

İdarə əməkdaşı artezian quyusunda öldü

Zaqatala rayonunda Suvarma Sistemləri İdarəsinin əməkdaşı iş başında ölüb.

“Qafqazinfo”nun məlumatına görə, hadisə Çobankol kəndində qeydə alınıb.

Belə ki, rayon sakini 52 yaşlı Hacıməhəmməd Qaracayev artezian quyusunda təmir işləri görərkən vəfat edib.

Ölüm səbəbinin aydınlaşdırılması üçün meyit Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Zaqatala rayon şöbəsinə təhvil verilib.

Faktla bağlı Zaqatala Rayon Prokurorluğunda araşdırma aparılır.

Избранный
61
2
qafqazinfo.az

3Источники