RU

Dənizə gedərkən özümüzlə yeməyə nə aparaq? – Mütəxəssis açıqlayır

Yay mövsümündə qida zəhərlənmələrinə daha çox rast gəlinir. 

Bu fəsildə insanlar daha çox istirahətə üstünlük verdiklərindən özləri ilə götürdüyü hazır qidaların bəzi hallarda müxtəlif təsirlərə məruz qalaraq tərkibi dəyişir, bu da insan orqanizmində fəsadlar törədir.  Xüsusi ilə də dəniz mövsümü olduğunu nəzərə alsaq, insanalarda dəniz kənarında nə yeyə bilərik kimi suallar yaranır.

Bəs bu hallarda özümüzü qida zəhərlənmələrindən necə qoruyaq? Dənizə, piknikə gedərkən qidalanma üçün özümüzlə hansı qidaları götürsək həm də sağlamlığımızı qorumuş olarıq? 

Valyuta.az bu sualları qida məsələləri üzrə mütəxəssis Ağa Salamovla müzakirə edib.

Ağa Salamov bildirib ki, yay mövsümündə ət, toyuq, balıq, mayonez, yumurta və tərkibində yumurta olan riskli qidaları dəniz kənarına aparmaq məsləhət görülmür, belə qidaları aparmaqdan çəkinmək lazımdır.

Qida mütəxəssisi deyir ki,  birçox maşın soyuducu ilə təchiz olunmur, maşınlarda soyuducu olsa belə evdə hazırlanıb düzgün şərtlər altında soyudulmuş qidaları dəniz kənarında yemək bir az çətindir:

“İnsanlar gərək həmin yeməkləri ya soyuq halda yeməlidir, ya da məcburən apardığı mühit tempraturunda istehlak etməlidir. Bu da qida zəhrələnməsinə səbəb ola bilər. Ona görə də düşünürəm ki, dəniz kənarında fəaliyyət göstərən ictimai iaşə mərkəzlərinin xidmətlərindən istifadə olunmalıdır. İkinci variant kimi isə özümüzlə qida götürmək istəyiriksə, moyonez əvəzinə zeytun yağında mövsümü tərəvəzlərdən hazırlanmış salat və meyvə götürmək olar. Bu isə dəniz kənarında ən sağlam və düzgün olan qidalanmadır. Qarpız, yemiş, pendir dəniz kənarında istehlak edilə bilən qidalardandır. Ümumiyyətlə insanlar yayda mineral itkilərinə məruz qaldıqları üçün zülallı qidalardan az istifadəyə üstünlük verməlidir. Qidalanmada ən çox üstünlük mövsümü meyvə və tərəvəzlərə verilməlidir. Çünki bu vasitələrlə itirilmiş mineralları bərpa etmək olar”. 

Ağa Salamov onu da əlavə edib ki, yayda insanların tələbatı ən çox sərinləşdirici, ən çox da qazlı içkilərədir, bu isə çox zərərlidir:

 “Qazlı içkilərə olan tələbatı da azaldıb mövsümü meyvələr, xüsusi ilə qarpız yemiş yemək lazımdır. Onların tərkibində də su var. Yayda meyvə və tərəvəzlərlə birlikdə istehlak olunan rəngli qazlı sular bağırsaqlarda iltihab yaradaraq daha çox ishal hallarının artmasına səbəb olur. Ona görə də insanların rəngli qazlı içkilərdən uzaq dayanması məsləhətdir. Dəniz kənarnda olsalar da ən yaxşı istehlak ediləcək maye adi su və ya çaylardır”. 

Davud

Избранный
162
12
valyuta.az

10Источники