RU

"İranın yeni prezidenti o olacaq, çünki Xamenei onu seçib" - ŞƏRH + FOTO

"İranda keçiriləcək ikinci tur prezident seçkilərinin nəticələrini indidən bilmək olar. Bu, Ali Dini rəhbər Seyid Əli Xameneinin müşaviri və dəstək verdiyi, mühafizəkarların namizədi Səid Cəlilidir". 


Sfera.az xəbər verir ki, bunu siyasi şərhçi Məhəmməd Əsədullazdə bildirib.


Politoloq bildirib ki, SEPAH nəzarətində olan medialar S.Cəlilin təbliğatına böyük yer verib:


"Əslən azərbaycanlı olan M. Pezeşkian verilən rolu yüksək məharətlə yerinə yetirib. Buna baxmayaraq, Güney azərbaycanlılar seçkidə kütləvi iştirak etməyib. Çünki eyni sistemin namizədləri Ali Dini rəhbərə tabedir. Qeyd edim ki, paniranist dairələr islahatçıların namizədi M. Pezeşkiana qarşı kütləvi informasiya vasitələrində anti-təbliğat aparır. Onu pantürkistlikdə ittiham edirlər və sistemin dəyərlərinə zidd siyasi açıqlamalar verdiyini önə çəkirlər.Birinci turda daha çox səs toplayan M. Pezeşkian ikinci turda S.Cəliliyə qalib gələ bilər. Amma onun qələbəsi hakim siyasi sistem tərəfindən tanınmayacaq. Seçkidən əvvəl prezidentliyə əsas namizəd kimi iki şəxsin adı hallanırdı: İran parlamentinin sədri Qalibaf və S. Cəlili. Görünür, ali dini rəhbər daha çox öz müşavirinə etimad edərək onun üzərində dayanıb”.


M. Əsədullazadə qeyd edib ki, İranda seçkinin nəticələrinə etiraz aksiyaları gözlənilmir: 


“Çünki bundan öncə də kütləvi etiraz aksiyaları keçirilməsinə baxmayaraq, hakimiyyət tərəfindən güc tətbiq edilməklə yatırılıb. İyulun 5-də mühafizəkar qanadın namizədi S.Cəlili İranın növbəti prezidenti olacaq. S.Cəlili əsasən xarici siyasətlə məşğul olacaq. Yaxın Şərqdə mürəkkəb bir hərbi-siyasi böhran və İrana qarşı sanksiyalar, nüvə proqramı üzrə aparılan danışıqlar S. Cəlili üçün prioritet olacaq. İranla Azərbaycan arasında əlaqələrə gəldikdə, bu yeni siyasi konfiqurasiyaya uyğun olaraq davam edəcək”.


Ülkər Abdurahmanlı

 

 

Fotoda: Səid Cəlili

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
5
1
sfera.az

2Источники